Saç Tökülməsi Növləri

Saçınızı Müəyyən Edin

1 Saç dökülmesi tipleri Saç tökülməsində ən şanslı vaxtdasınız.
2 Saç dökülmesi tipleri Saç tökülməsinin qarşısını almaq üçün şansınız davam edir. (no-cut) saçı kəsmədən saç əkdirə bilərsiniz
3 Saç dökülmesi tipleri Saç tökülməsinin qarşısını almaq üçün əlinizi tez tutmalısınız. (no-cut) saçı kəsmədən saç əkdirə bilərsiniz
4 Saç dökülmesi tipleri Saç tökülməsinin qarşısını almaq üçün narahat olmaqdan da başqa bir şey etməlisiniz.
5 Saç dökülmesi tipleri Saç tökülməsinin qarşısını almaq üçün artıq gecdir deməyin.
6 sac6 Cərrahiyyə müalicələr xaricində, saç tökülməsinin qarşısını almaq üçün geri dönüşü olmayan bir nöqtədəsiniz.
7 Saç dökülmesi tipleri Cərrahiyy müalicələr xaricində, saç tökülməsinin qarşısını almaq üçün dönüşü olmayan bir nöqtədəsiniz.



Yuxarıdakı mərhələlər cədvəlinə görə hansı mərhələdə olduğunuzu müyyən edərək bizimlə əlaqə saxlaya bilərsiniz…

Androgenetik (Kişi Tipli) Saç Tökülməsi

Androgenetik saç tökülməsi bütün dünyada kişi və qadınlarda ən sıx görülən saç tökülməsi növüdür. Androgenetik saç tökülməsi, keçəllik vəya kişi tipli saç tökülməsi olaraq da adlandırılır. Saç tökülməsinin əsas səbəbi kişilik hormonlarının kişilərdə göstərdiyi təsirdir. Kişilik hormonlarının (androgenlər) genetik olaraq hassas saç kökləri üzərindəki təsirlərinin nəticəsi olaraq bu cür saç tökülməsi həyata keçir.

"Kişi tipli saç tökülməsi" olaraq adlandırılsa da, androgenetik saç tökülməsindən qadınlar da təsirlənir və eyni zamanda qadınlarda da ən sıx görülən saç tökülməsi növlərindəndir.

Qadınlarda Kişi Tipli Saç Tökülməsi

Androgenetik alopesi yalnızca kişilərdə görülən bir narahatlıq deyil; psixolojik stres və daxili xəstəliklərin göstəricisi ola bilmə ehtimalı baxımından qadınlar üçün də vacib bir problemdir.

Xəstələrin çoxunda qan androgen səviyyələri normaldır. Qanda androgen yüksəkliyi müəyyən edilibsə, androgen emal edən şiş baxımından araşdırmaq lazımdır. Qadınlarda androgen emal edən orqanlar yumurtalıqlar və böyrək üstü vəzilərdir. Polikistik over sendromu kimi hiperandrogeneminin digər göstəricilərinin görüldüyü cədvəllərdə androgenetik alopesi sıx görülür. Qısacası androgenetik alopesi olan qadınlarda hormonal pozğunluqlar vəya androgen emal edən şişlər baxımından müayinə etmək vacibdir.

Telogen Effluvium

Qıl dönməsindəki qarışıqlıq və telogen dövründəki qıl səviyyəsindəki artışa bağlı olaraq inkişaf edən və bütün saçlı dərini əhatə edən saç itkisidir. Hər hansı bir yaşda yarana bilər. Qadınlarda daha sıx görülür.

Bu növ saç tökülməsi, bəzi stres hadisələrindən sonra meydana çıxır. Ani və şiddətli stres tökülən saçların sayısında artışa səbəb olmaqdadır. Saç tökülməsinə səbəb olan stresin qaynağı doğuş, hamiləliyi sona çatdırma, doğuş nəzarət dərmanları istifadə etməyə başlamaq vəya son vermək, menopoz əvvəli dövrü, diyeta dərmanları, bəzi duyğusal problemlər və s. ola bilər. Bu hədisələr saçın dincəlmə mərhələsində keçirdiyi müddəti qısaldır və bu mərhələdən sonra çox sayda saç tökülür.

Xroniki Telogen Effluvium

Bu hal tam olaraq anlaşılamamışdır. Bəzi orta yaşlı qadınlarda telogen effluviumun uzun çəkdiyi təqdirdə, uzun müddətli saç qıllarında yayğın incəlmə və seyrəkləşmə görülə bilər.

Trikotillomaniya

Şəxsin psixolojik problemlərinə bağlı olaraq, saçlarını çəkərək öz özünə yaratdığı məhdud saç itkisidir. Qadınlarda daha sıx görülür. Sıxlıqla alın hissəsində yerli qıl itkisi sahələri şəklində qarşımıza çıxır.
Səliqəsiz şəkilli bu sahələrdə hələ çəkilə biləcək qədər uzamamış yeni qıllar görülür.

Alopesi Areata

Saç qıran olaraq da bilinən alopesi areata ən çox gənc və orta yaşlı yetişkinlərdə görülür. Xəstələrin çoxu öz özünə yaxşılaşır və özəl bir müalicə gərəktirməz. Bu xəstəliyin səbəbi tam olaraq bilinməsə də, xəstənin qıl folikulunun endogen vəya eksogen xəbərdarlıqlara qarşı həssas olması, psixolojik stres, tiroid xəstəlikləri kimi hormonal problemlər, dəri xəstəlikləri bu tip saç tökülməsinin ehtimalını artdıran təsirlərdir.

Xəstəliyin seyri əvvəlcədən müəyyən edilə bilməz. Qıllar ümumilə daha açıq rəngdə təkrar böyüyürlər. Xəstələrin yarısından daha azında təkrar böyümə olar və beş il müddətlə təkrar yaranmaz. Xəstəliyin seyrinə və gələcəyinə pis təsir edən faktorlar arasında; xəstəliyin tez yaşda başlaması, xəstəliyin yayğınlığı, uzun müddət davam ətməsi yer alır.

Saqqal, qaş, kiprik kimi qıllı sahələrdə də bu cür tökülməyə sıx rastlanılır.

Diffuz Alopesiya

Bütün baş dərisi üzərində yayılan qlobal saç tökülməsidir. Ciddi səviyyələrdə saç itkisi olana qədər görülməz. Diffuz alopesiyanın gedişatı müxtəlifdir və səbəbə bağlı olaraq davamlı vəya zaman zaman artan şəkildə olmaqdadır.

Anagen Effluvium

Anagen Effluvium radiasiyaya vəya bəzi kimyəvi maddələrə məruz qalan şəxslərdə meydana gələn ani saç tökülməsidir. Bu cür saç tökülməsi ən çox xərçəng xəstələrinə tətbiq olunan kemoterapiya vəya radio terapiyalardan sonra görülməktədir. Bu hadisələrdə saç kökləri dincəlmə mərhələlərini ötürür və 1-3 həftə içində ani saç tökülməsi meydana gəlir.

Kemoterapiyanın səbəb olduğu saç tökülmələri sıxlıqla geri dönüşümlüdür, radioterapiyanın səbəb olduğu saç tökülmələrində geri dönüşmə çox nadirdir



 
 

Yorum ekle


Güvenlik kodu
Yenile

Saç Ekimi Videosu
DISCLAIMER: Bu haqqinda, tibbi və cərrahi saç nəqli mövzularında məlumat əldə etmək istəyən istifadəçiləri məlumatlandırma məqsədi ilə istifadəyə verilmişdir. Saytda yer alan məlumatlar heç bir zaman bir həkim müalicəsinin və ya konsiltasyonunun əvəz etmir. Saytın məzmunu fərdi diaqnoz və müalicə üçün istifadə edilə bilməz, həkim yerinə qərar verə bilməz, götürmə edilərək tətbiq oluna bilməz. Sitemizde izah edilən bütün cərrahi və müalicə əməliyyatları ilə əlaqəli məlumat, şərh və görünüşlər, kəsləri məlumatlandırma məqsədi daşımaqdadır. Məqsədi xaricində şərh, reklam, diaqnoz və müalicəyə istiqamətləndirmə məqsədli istifadə edilə bilməz.