Kimlər saç əkdirə bilər?



Saç əkmək üçün uyğun olub olmadığımı necə öyrənə bilərəm?

Müayinə zamanı, tökülmə növünüz, donor sahə araşdırmaları və saç analiziniz bizim tərəfimizdən edələcək və uyğun olub olmadığınıza qərar veriləcəkdir. Hər bir sağlam şəxs saç əkdirə bilər.

Saç əkdirmək üçün yaş məhdudiyyəti varmı?


Saç əkdirmədə əgər sağlam biri isəniz 18-65 yaşları uyğundur.
Əməliyyat üçün yaşdan çox tökülmənin şəkli müəyyən edicidir. Sadə gözlə baxıldıqda saçlı dəri gözlə görülə biləcək hala gəlibsə o sahədəki saç sıxlığı normal sıxlığın %50-nin altına düşmüş deməkdir. Bu halda xəstəyə tətbiq ediləcək ən təsirli müalicə, saç əkməkdir.


Xüsusilə də gənclər saç tökülməsinin başladığı vaxtlarda ümumilə narahat olmağa başlayıb səhv qərarlar verə bilməktədirlər. Saç tökülməniz başladığı anda mütləq mütəxəssislərimizlə əlaqə saxlayın.
Saç ekimi kimler için uygundur?

Saç əkdirmək kimlər üçün uyğundur?


Androgenetik tipli saç tökülməsi (genetik, yaş və hormonal səbəblər) yarana bilər. Bu vəziyyət ümumiyyətlə kişilərdə saç tökülməsinin ən sıx səbəblərindəndir. Xanımlarda da saç əkdirmək mümkündür. Qəda vəya yanıq nəticəsində tökülən saçsız sahəyə də saç əkdirmək olar. Saç əkdirmək üçün tamamilə saçsız olmağı gözləməyin. Saç əkdirmədə nəticənin istədiyiniz kimi olması üçün gələcəyə dönük bir planlama edilməlidir. Yaşınız gənc və saçlarınız ön hissədən bir miqdar açılıbsa, gələcək illərdə saç açıqlığınızın daha çox artacağını hesab edərək saç əkdirmə əməliyyatını da buna görə planlamağınız daha doğru olacaqdır.
Yalnız saçlı dəriyə deyil, qaş, bığ, saqqal kimi hissələrdə də saç kökü nəqli etmək olar.

Aşağıdakı səbəblərə bağlı saç tökülmələrində saç nəqli etmək olar:

•    Kişi tipli saç tökülməsi
•    Qadın tipli saç tökülməsi
•    Anadan olma regional saç itkiləri
•    Yanıqlarla bağlı yaranan saç itkiləri
•    Qəza və əməliyyat izləri (Baş yaralanması və üz çəkdirmə əməliyyatı kimi)
•    Keçirilən bir infeksiyayla bağlı regional saç tökülmələri
•    Saçın həddindən artıq çəkilməsi nəticəsində yaranan tökülmələr (Traction alopesisi)
•    Saçın və qılların davamlı olaraq qoparıldığı (trichotilomania) adı verilən psixolojik səbəbli narahatlıqlarda.

 

Yorum ekle


Güvenlik kodu
Yenile

Saç Ekimi Videosu
DISCLAIMER: Bu haqqinda, tibbi və cərrahi saç nəqli mövzularında məlumat əldə etmək istəyən istifadəçiləri məlumatlandırma məqsədi ilə istifadəyə verilmişdir. Saytda yer alan məlumatlar heç bir zaman bir həkim müalicəsinin və ya konsiltasyonunun əvəz etmir. Saytın məzmunu fərdi diaqnoz və müalicə üçün istifadə edilə bilməz, həkim yerinə qərar verə bilməz, götürmə edilərək tətbiq oluna bilməz. Sitemizde izah edilən bütün cərrahi və müalicə əməliyyatları ilə əlaqəli məlumat, şərh və görünüşlər, kəsləri məlumatlandırma məqsədi daşımaqdadır. Məqsədi xaricində şərh, reklam, diaqnoz və müalicəyə istiqamətləndirmə məqsədli istifadə edilə bilməz.