Saçınızı Kəstirmədən Saç Əkdirmə (NO-CUT)
Saçınızı Kəstirmədən Saç Əkdirə Bilərsiniz
Saçınız tökülmüş, seyrəlmiş vəya ön sahədəki saç xəttiniz geriləmiş hatda şəkli pozulmuş ola bilər. Bu görünüş sizi narahat edir və saç əkdirmək istəyirsiniz. Amma saçlarınızın uzunluğundan da imtina etmək istəmirsiniz. Sıx iş rejimində işləyirsiniz vəya qısa saçla gəzmək istəmirsiniz. Narahat olmayın ADƏM & HƏVVA Saç Əkdirmə və Estetik Məsləhətçilik Mərkəzi sayəsində saçınızı kəstirmədən saç əkdirə bilərsiniz.
Necə?
Donor (verici) sahənizdən xüsusi bandajlar ilə ayrılan saçlarınızın arasından qatar yolları şəklində orta hesabla 7-8 sm uzunluğunda 2-3 sm genişliyində saçlarınız qısaldılır. Bu sahədən greftləriniz böyük bir diqqətlə çıxarılır. Mikro-mühərrik fue metodu ilə alma əməliyyatı tamamlanır. Açıq sahələrə əkmə əməliyyatı həyata keçirilir. Saçlarınızı boyun nahiyyəsində bandajları çıxardığınız zaman alınan yerlər çöldən qətiyyən görünməz. Bu metod ilə 1000-1500 greft (saç kökü) qədər alım əldə edilə bilər. Bu sayı açıq sahə üçün kifayət olmazsa ikinci seans lazım olar. Qadınların üstünlük verdiyi bir saç əkmə metodudur. Yalnız son illərdə kişilər görünüşlərinə dəyər verdikləri üçün saçlarını kəstirmədən saç əkdirməyə üstünlük verirlər. Bu metod sayəsində estetik və təbii şəkildə saç əkdirə bilərsiniz. Bu əməliyyatın mütəxəssis əllərdə edilməsi gərəkməktədir. Əks halda xoş olmayan nəticələr yarana bilər.
ADƏM & HƏVVA Saç Əkdirmə və Estetik Məsləhətçilik Mərkəzi uzun illərdir no-cut (saç kəsilmədən) saç əkmə mövzusunda xidmət göstərməktədir. Bu tətbiqatı seçərkən əvvəlcədən edilmiş no-cut saç əkmə şəkillərini gözdən keçirməyinizi xahiş edirik və no-cut saç əkməyə uyğun olub olmadığınız haqqında mütəxəssislərimizlə əlaqə saxlamayaraq analiz etdirin.